top
Əsmər Qurbanova: Sumqayıt Dövlət Dram teatrından inciyib çıxdım, 12 il işsiz qaldım
06 yanvar 2026, 13:25
- ↺ +

Əsmər Qurbanova: "Sumqayıt Dövlət Dram teatrından inciyib çıxdım, 12 il işsiz qaldım"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"16 il Sumqayıt Dövlət Dram teatrında çalışmışam. Amma təəssüflər olsun ki, bəzi narazılıqlar oldu və mən qəlbən oradan inciyib uzaqlaşdım". 

Bunu  Bakı Uşaq və Gənclər teatrının aktrisası Əsmər Qurbanova moderator.az-a açıqlamasında deyib.
  
O daha sonra əlavə edib:

"Əslində 3-cü kursdan elə işə başlamışam. Sumqayıt Dövlət Dram teatrında ilk dəfə böyük səhnəyə çıxmışam. İndiyə qədər yadımdadır ki, "Tramvayı kim oğurladı?" tamaşasında dovşan obrazını oynayırdım. Daha sonra böyüklər üçün olan tamaşalarda da rol aldım. "Solğun çiçəklər"də Pəri, "Bayramın birinci günü" əsərində qulluqçu rolunu, "Bir köpək var idi" alleqorik əsərində dişi canavarı oynadım. Bu çox maraqlı bir obraz idi. Dişi canavar rolunun sənət həyatımda xüsusi rolu var. 16 il bu teatrda çalışmışam. Amma təəssüflər olsun ki, bəzi narazılıqlar oldu və mən qəlbən oradan inciyib uzaqlaşdım. 2 il Mingəçevir Dövlət Dram teatrında işlədim. Bu teatrda da istədiyim nəticə olmadığı üçün yarım qoyub getdim. Uzun müddət teatrdan küsdüm. Sənətdən uzaqlaşdım. 12 il səhnədən uzaq qaldım".
Əsmər Qurbanova bildirib ki, dəfələrlə Sumqayıt Dövlət Dram teatrından dəvət alsa da, getməyib:

"Sənət yoldaşlarım məni öz doğma teatrıma dəvət etsələr də, ora qayıtmadım. Heç istəmirdim. Çünki qəlbim qırılmışdı". 
 
Aktrisa film həyatının bir o qədər də uğurlu olmadığını bildirib:

"Bəzi filmlərə zaman-zaman çəkilmişəm. Təxminən 13-14 il əvvəl. Həm serial, həm film, həm də sənədli filmlərdə rol almışam. Sonra sənətimdə fasilə oldu. Uzun müddət sənətdən ayrıldığım üçün film həyatım da bir o qədər rəngarəng olmadı. 3 ildir qayıtmışam səhnəyə. Bəzi rejissorların bundan xəbəri yoxdur, gənc rejissorlar da məni tanımır. Hələ ki, maraqlanmırlar. Əvvəl kastinq qrupları teatra gəlib, tamaşamıza baxıb, bizi film üçün oradan seçirdilər. İndi bu ənənə yoxdur. Çox arzu edərdim ki, rejissorlar gəlib teatrda tamaşalara baxsınlar. Teatrda istedadlı aktyor və aktrisalar çoxdur. Kastinq rəhbərlərinin heç onlardan xəbəri yoxdur. Bütün aktyorlar kimi mən də çəkilməyi istəyirəm. Sadəcə çağırmırlar. Mən də gedib heç kimə ağız açıb, xahiş etmərəm. Bu mənlik deyil. Sənətimi bəyənən gəlib məni çəkəcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Oxşar xəbərlər