Sumqayıtda yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar təmizlənib. Sumqayıt24-ə bu barədə bu gün, 23 mart tarixində məlumat daxil olub.
İşlər Sukanal İdarəsinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində aparılıb. Əməkdaşlar tərəfindən quyularda yığılmış tullantılar çıxarılıb və aradan qaldırılıb.