Sumqayıtın mərkəzi xoşagəlməz hala düşüb. Sumqayıt24 bu haqda 3 iyul tarixində xəbər verir.
Sülh və 20 Yanvar küçələrini ayıran, “Nizami meydanı” kimi tanınan ərazidə natəmizlik yaranıb. Burada butulkalar, çürümüş meyvə qalıqları, torbalara yığılaraq yolun ortasına və ya ağacların dibinə qoyulmuş tullantılara rast gəlinir.
Şikayətçilər meydana yeni zibil konteynerlərinin qoyulmasını istəyirlər. Həmçinin mütəmadi təmizlik işlərinin aparılması, insanların da təmizliyə riayət etmələrinin vacibliyi vurğulanıb.