Sumqayıt şəhəri Corat qəsəbəsində abadlıq işləri aparılır. Bu barədə Dünya TV məlumat yayıb.
Dadaş Xalıqov küçəsində 950 kvadrat metrlik ərazidə asfalt döşənib və səki daşları düzülüb. Hacıbaba Salayev və Meşədi Əliyev küçələrində piyada səkiləri yenilənir.
H.Salayev küçəsinin 6-ci mikrorayonla kəsişən hissəsinə asfalt örtüyü vurulur. Asfaltlanma işlərinin yaxın günlərdə yekunlaşması planlaşdırılır.
Corat qəsəbəsinin asfaltlanmamış küçələrinin təmiri bu ilin sonunadək nəzərdə tutulub.