Sumqayıtın mərkəzi məhəllələrindən birində kanalizasiya problemi yaşanır. Bu barədə Sumqayıt24-ə məhəllə sakinləri bildiriblər.
Problem uzun müddətdir ki 1-ci məhəllə, bina 2-nin 2-ci blokunun zirzəmisində mövcuddur. Belə ki, burada yığılmış çirkab sular gündən-günə daha da çoxalır. Bu suyun qoxusu və antisanitariya səbəbindən burada olan ağcaqanadlar sakinləri narahat edir.
Onların sözlərinə görə, belə getsə, zirzəmi kanalizasiya suları ilə dolub daşacaq və artıq su blokun içinə axacaq.
Foto Sumqayıt24