Sumqayıtda 11-ci mikrorayon ərazisində kanalizasiya quyuları sürücü və piyadalar üçün təhlükə yaradır. Bu problem ilə mikrorayon sakinləri Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, 8-ci və 9-cu evlərin önündə lyuklar yol səthindən aşağıda yerləşir. Avtomobillər mütəmadi olaraq bu çuxurlara düşürlər.
“Yağış yağanda quyu su ilə dolduğuna görə yaranan çuxuru görmək olmur. Neçə maşın bu quyulara düşüb”, - deyə sakin bildirib.
Foto Sumqayıt24
Foto Sumqayıt24