Sumqayıt şəhərinin 48-ci məhəlləsində yol dağılmış vəziyyətdədir. Bu haqda bu gün, 7 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Təmirə ehtiyacı olan yol 3-cü binanın önündədir. Sakinlərin sözlərinə görə, bir neçə vaxt öncə “Azərsu” ASC-nin əməkdaşları yolu qazıblar. Onlar burada olan su borusunu təmir ediblər. Lakin dağıdılmış asfalt örtüyü təmir olunmayıb.
“Artıq neçə vaxtdır ki, yol gördüyünüz vəziyyətdədir. Asfalt sökülüb, borunun təmirindən sonra üstü torpaqla örtülüb. Yağış yağan kimi də, hər tərəf palçıq olur. Həmçinin, burada tamet daşlar çoxdan dağılıb, piyadaların gediş-gəlişi çətinləşir. Məcbur olub yolun kənarı ilə gedirik”, - deyə sakin bildirib.
Foto Sumqayıt24