Sumqayıt Sukanal İdarəsi tərəfindən 48-ci məhəllədə daha bir təmir işi görülüb. Sumqayıt24 bu haqda idarənin rəsmi Facebook səhifəsinə istinadən yazır.
İşlər məhəllə ərazisində yerləşən ev 5-də aparılıb. Belə ki, həmin yaşayın evinin 1-ci girişində kanalizasiya problemi yaşanırdı. İdarənin əməkdaşları burada yerləşən zirzəmidə əsaslı təmir işləri görüb, kanalizasiya xətlərini yenisi ilə əvəz ediblər.
Foto Sumqayıt Sukanal İdarəsinin Facebook səhifəsindən