Sumqayıt şəhərinin 48-ci məhəlləsinin sakinləri yolsuzluqdan əziyyət çəkir. Bu problemlə onlar bu gün, 11 yanvar tarixində Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, bina 5V-nin qarşısındakı yolda asfalt örtüyü yoxdur. Sakinlər burada olan çox sayda çuxura mütəmadi olaraq düşürlər. Onların sözlərinə görə, payızdan yayadək yol palçıq və su içindədir.
Həmçinin, sakinlər bildirib ki, binanın zirzəmisi daimi olaraq su ilə doludur. Bu səbəbdən, mənzillərdə il boyu ağcaqanadlar olur.