Sumqayıt şəhəri, 9-cu mikrorayonda daha bir zirzəmi təmizlənib. Bu haqda bu gün, 7 yanvar tarixində Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən, idarə əməkdaşları 72-ci evin dördüncü girişində zirzəmidə yığılmış suyu nasos vasitəsilə çəkiblər.
Bundan öncə, həmin mikrorayonda, 69-cu evin zirzəmisində təmir bərpa işləri aparılmışdır.