Sumqayıtın küçə işıqları yenilənir. Bu barədə 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
İşlər şəhərin bütün küçə, mikrorayon və məhəllələrində mərhələli şəkildə aparılır. Aidiyyəti qurumun əməkdaşları işıq dirəklərində olan yararsız və köhnə lampaları çıxararaq yeniləri ilə əvəz edirlər.