Sumqayıt bulvarında təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 6 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, işlər bulvar ərazisində çalışan əməkdaşlar tərəfindən görülür. Onlar ərazidə olan sınmış tamet daşlarını taparaq, onları yeniləri ilə əvəz edirlər.
Həmçinin, bir neçə sıra daşın çökməsi nəticəsində yolda əyrilik yaranıb. Əməkdaşlar bu daşları çıxararaq, ərazini düzəldib, yeni daşlar düzürlər.