Sumqayıt şəhəri “Avtovağzal”ın yaxınlığında piyada zolağı silinib. Bu haqda Sumqayıt24-ə bu gün, 28 dekabr tarixində məlumat daxil olub.
Problem şəhərin Bakı küçəsində yaşanır. Burada, piyadalar “Sülh plaza” istiqamətində yolu keçdikdə cətinliklə üzləşirlər. Vətəndaşların sözlərinə görə, zolağın rəngləri solub və uzun zamandır ki boyanmır.
“İşıqfor olan yerdə piyada zolağı olmalıdır. Lakin zolağ çoxdan silinib və yenidən rənglənmir”, - deyə sakin bildirib.
Foto Sumqayıt24