Sumqayıtda günün qaranlıq vaxtı işıq dirəklərinin söndürülməsi sakinlərin narazılığına səbəb olur. Bu problemlə onlar Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, şəhər ərazisində gecə saat 00:00-dan sonra işıq dirəkləri yanmır. Bu isə, sakinlərin sözlərinə görə, tez-tez avtomobil qəzalarına gətirib çıxarır.
Həmçinin, bu səbəbdən havanın qaranlıq olan vaxtı yol kənarında təmizlik işləri aparan vətəndaşlar da təhlükə ilə üzləşirlər.