Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində kanalizasiya xətti yenilənib. Bu haqda Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən, adı çəkilən mikrorayonda 9-cu evin ikinci girişində çöl kanalizasiya xətti yenilənib. Köhnə kanalizasiya borusu yenisi ilə əvəz edilib.
Daha öncə, 2 saylı yataqxananın kanalizasiya xəttinin boruları yeniləri ilə dəyişdirilmişdir.