Sumqayıtda Səməd Vurğun küçəsində piyada səkisi dağılıb. Bu haqda Sumqayıt24-ə bu gün, 8 yanvar tarixində oxucularımız məlumat verib.
Sakinlərin sözlərinə görə, 26-ci məhəllədə təzə düzülmüş tamet daşların bir necə sırası artıq “sıradan” çıxıb. Daşlar, piyadaların hərəkət etməsində çətinliklər yaradır.
“Təzəlikcə düzəltmişdilər yolu. Burada maşınlar dayanır deyə, daşlar da dağıla-dağıla gedir. Qaranlıqda yol gedən zaman ayağım dəfələrdə burxulub bu yolda”, - deyə oxucu bildirib.