Sumqayıt Sukanal İdarəsinin əməkdaşları şəhərin daha bir məhəlləsində yeniləmə işləri aparıblar. Bu barədə idarənin Facebook səhifəsinə istinadən xəbər veririk.
Bu dəfə işlər Nəriman Nərimanov küçəsində yerləşən 3-cü məhəllədə aparılıb. Əməkdaşlar tərəfindən, burada olan su nasosxanasında 2 ədəd siyirtmə dəyişdirilib.
Bundan əvvəl, izləyicilərimizə qurum tərəfindən 2021-ci ildə aparılan işlərin hesabatını təqdim etmişdik.