Sumqayıt şəhərinin Sülh küçəsinin işıqlandırma sistemində dəyişiklik edilir. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Beləliklə, yol boyunca səkilərin üzərində olan işıq dirəkləri sökülür. Küçənin 30-cu məhəlləyə düşən hissəsində işlər yekunlaşıb və hazırda 1-ci mikrorayon tərəfdə aparılır. Əldə olunan məlumata görə, sökülən dirəklərin yerinə yeniləri qoyulmayacaq. Nəticədə, səkilər yalnız avtomobil yollarında olan dirəklərin işığı ilə işıqlanacaqlar.
Foto Sumqayıt24