Sumqayıt şəhər 18-ci məhəllədə təmir işləri üçün qazılmış daha bir yer örtüyü, sonradan bərpa edilməyib. Bu haqda Sumqayıt24-ə bu gün, 10 dekabr tarixində məlumat verilib.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl, bina 2/10-un önündən keçən və evləri istiliklə təmin edən yeraltı boru partlamışdır. Bu səbəbdən aidiyyəti qurumun əməkdaşları yeri qazaraq, boruda təmir işləri aparıblar. Lakin sonradan qazılmış yerləri torpaq ilə örtməyiblər.
Bu səbəbdən sakinlər, axşam saatlarında buradan keçməkdə çətinlik çəkirlər.
Foto Sumqayıt24