Sumqayıt şəhərində Sukanal İdarəsi tərəfindən zirzəmilərin təmir işləri davam etdirilir. Bu haqda İdarə öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, təmir işləri şəhərin 10-cu mikrorayonda aparılıb. İşlər 63-cü evin 3-cü girişində olan zirzəmidə aparılıb. Burada köhnə borular yeniləri ilə əvəz olunub.
Şəhərin 48-ci məhəlləsində isə zirzəmilərin təmiri başlanılıb. Hazırda işlər 5-ci evin 1-ci girişində görülür.