Sumqayıtda işıq sayğacları yenilənir. Sumqayıt24 bu haqda 1 iyun tarixində xəbər verir.
İşlər “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən 18-ci məhəllədə aparılıb. Köhnə mexaniki sayğacların yerinə smartkart tipli (öncədən ödənişli) yeni smart sayğaclar quraşdırılıb. Balansında 5 manat olan kartlar yaxın günlərdə sakinlərə paylanılacaq. Hesabı “eManat” və “MilliÖn” terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, yeniləmə işləri mərhələli şəkildə bütün Sumqayıtı əhatə edəcək.