Sumqayıt Dövlət Universitetinin yanında piyada zolağının olmaması sakinlərin narazıçılığına səbəb olur. Bu haqda bu gün, 4 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, Bədəlbəyli küçəsində piyada keçidi yol nişanının olduğu halda zolaq mövcud deyil. SDU-dan Lüdviqshafen (alman) parkı istiqamətində yolu keçdikdə tələbələr və digər vətəndaşlar təhlükə ilə üzləşirlər.
“Bu yol universitetə yaxın olduğundan, gün ərzində minlərlə insan istifadə edir. Zolaqlar bir çox yerdə yoxdur, lakin universitetlərin, məktəblərin yaxınlığında olmalıdır”,- deyə sakin bidirib.