Sumqayıtda təbii qazın verilişində fasilə yaranacaq. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Belə ki, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik ortatəzyiqli qaz kəmərində qaz sızmaları aradan qaldırılacaq. Bununla əlaqədar 17 may saat 10:00-dan işlər yekunlaşana qədər 4-cü, 5-ci, 9-cu, 16-cı, 17-cı, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci məhəllələrdə qaz olmayacaq. Məhdudiyyət 12 min 500 abonenti əhatə edəcək.