Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS məlumat yayıb.
Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dan etibarən Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.