Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS məlumat yayıb.
Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.