Sumqayıt şəhərində avtomobil yollarında genişmiqyaslı təmir-tikinti işlərinə başlanılıb. Bu haqda 28 mart tarixində Sumqayıt24 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
İlkin mərhələdə asfalt-beton örtüyünün döşənməsi işlərinə hazırlıq aparılır. Daha sonra asfaltlanma işləri həyata keçiriləcək.
Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq.