Sumqayıtda böyük rezonans doğuran "alma qalmaqalı" "Komedixana" verilişinin 499-cu buraxılışında parodiya edilib.
Səhnəcikdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Samir Bədəlovun küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı kobud davranışı, xüsusilə də satıcının mallarını, müsadirə etməsi satirik üslubda tənqid olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Samir Bədəlovun Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarını müsadirə etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Məmurun satıcıya ünvanladığı "vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu artıq sənin deyil, apar, qoy maşına..." ifadəsi ciddi tənqidlərə yol açıb.