Sumqayıtın mərkəzində təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, Sülh prospektinin 30-cu məhəllə ərazisindən keçən hissəsində, piyadaların keçidi üçün nəzərdə tutulan yolda çökmə və dəlik əmələ gəlib.
Sözügedən ərazidən hər gün minlərlə piyada və nəqliyyat vasitəsinin keçdiyini nəzərə alsaq, bu vəziyyət ciddi təhlükə yaradır.
Sakinlər məsul qurumlardan təhlükənin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər.