Sumqayıtda işıqforda taymerin saniyələrinin artırılması sıxlığa səbəb olub. Bu haqda 28 fevral tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Söhbət Koroğlu prospektindəki “Dədə Qorqud” restoranının yanındakı işıqfordan gedir. Hərəkət nizamlayıcıda taymerin saniyələri 60-dan 95-ə qədəq qaldırılıb.
“Gözləmə saniyələrinin artmasına görə işıqfordan başlayaraq “Əşya bazarı”na qədər tıxac yaranır. Yolu yalnız 2-ci, ya 3-cü dəfədən keçə bilirik”, - deyə sürücülər bildiriblər.