“Xəzər bağları“nda yollar təmirsizdir. Bu barədə 14 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Novruz küçəsinin yolları çala-çuxurdur. Yağış və qardan sonra yaranan böyük gölməçələr ərazini keçilməz edir. Sakinlər sözügedən problemdən əziyyət çəkirlər.
Onlar bildirirlər ki, Məhəllə Komitəsi tərəfindən yollara “dəniz qumu” səpilənədək küçə normal vəziyyətdə idi.