top
Sumqayıt sakini olan partizan: Şahbaba Məcidov
09 may 2022, 03:00
- ↺ +

Sumqayıt sakini olan partizan: Şahbaba Məcidov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Böyük Vətən müharibəsinin alman faşizmi üzərində qələbə çalmaqla başa çatmasından 77 il ötür.

Sumqayıt24 Böyük Vətən müharibəsi və İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı Şahbaba Məcidov haqqında məlumatı sizə təqdim edir:

Şahbaba Yaqub oğlu Məcidov 9 may 1920-ci ildə Şəki rayonunun Şin kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb, 1937-ci ildə isə Şəki şəhəri V.İ. Lenin adına Pedaqoji Texnikuma daxil olub. Texnikumun 3-cü kursunda oxuyarkən o, sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb.

Məcidov Ukraynanın Sumsk vilayətinin Romnı şəhəri yaxınlığında gedən döyüşlərdə yaralanaraq əsir düşüb. Lakin 1944-cü ildə İtaliyanın Rovenna vilayətində hərbi əsir düşərgəsindən köçürülən zaman yolda qaçmağı bacarıb və partizanların sırasına qoşulub. 1944-1945-ci illərdə o, 28-ci Qaribaldi briqadasının 7-ci bölüyünün tərkibində vuruşub və “Franço” ləqəbi ilə tanınıb.

1945-ci ildən Şahbaba Məcidov İtaliya Kommunist Partiyasının üzvü olur. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra isə o, İtaliyanın Punta Marina kəndində ilk iri kooperativ yaradıb. 1955-ci ilədək Məcidov kooperativin sədri vəzifəsində çalışıb.

İtaliyada yaşadığı müddətdə Məcidov italiyalı partizan qız Tereza Kazadio ilə evlənib və onların Stella, İzabella və Şauro adlı uşaqları dünyaya gəlib. Məcidovun oğlu Şauro, onun vaxtilə vuruşduğu partizanlar qrupunun həlak olmuş komandirinin adını daşıyırdı.

1955-ci ildə Şahbaba Şəkiyə qayıdıb, 1960-cı ildə isə Sumqayıta köçüb. 1963-cü ildə Məcidov ailəsi ilə İtaliyanı ziyarət edib. Səfər zamanı İtaliya Kommunist Partiyasının Revensk əyalət komitəsinin katibi, 28-ci Haribaldi briqadasının keçmiş komandiri Arriqo Boldrin Şahbaba Məcidova yüksək döyüş mükafatı olan “Haribaldi Ulduzu” ordenini təqdim edib.

Bundan əlavə, Şahbaba Məcidov  "II dərəcəli Vətən müharibəsi" ordeni, "Almaniya üzərində qələbə", "İtaliyanın faşizmdən xilasının 20 illiyi", "Rovenna–Qaribaldi diviziyası", "İtaliya Kommunist Partiyası", "Rəşadətli Əməyə görə", "Əmək veteranı" və s. medalları ilə təltif olunub.

Şahbaba Məcidovun şəxsi əşyaları Sumqayıtın Tarixi muzeyində saxlanılır.

Ədəbiyyat:


  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt tarixindən səhifələr (1930-200). Sumqayıt - 2010.

  2. http://xeberle.com/gundem/46539-dunya-muharibesinden-sonra-taliyanin-kendinde-ilk-iri-kooperativ-yaradan-sumqayit-sakini-tantm-vdeo-fotolar.html

  3. https://www.youtube.com/watch?v=wSEyvxnrbmg

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
30 oktyabr 2026, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
30 oktyabr 2026, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Oxşar xəbərlər