Sumqayıtda “Akvariumda balıq” master-klası təşkil olunacaq. Bu haqda 17 fevral tarixində Sumqayıt24 xəbər verir.
“Günəşim” Kukla Teatrında keçiriləcək ustad dərsi 12 mart saat 12:00-da baş tutacaq. Tədbirdə 4 yaşdan yuxarı uşaqlar və böyüklər iştirak edə bilərlər. Burada uşaqlar öz akvariumlarını hazır edəcək, master-klas bitdikdən sonra içərisində balıq olan akvariumu özləri ilə aparacaqlar.
Əlaqə nömrəsi: (077) 767 12 72.
Qiymət: 18 AZN.