AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Sumqayıt-2" komandasına texniki məğlubiyyət verib.
Sumqayit24.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi X turda "Turan Tovuz-2" ilə matçda legioner limitini pozub. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb və 400 manat cərimələnib.