AFFA İntizam Komitəsi “Sumqayıt” futbol klubunu cərimələyib.
Sumqayıt24 quruma istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunda, “Səbail” klubu ilə matçda PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Kimyaçılar” 500 manat cərimələnib.
Həmçinin Mehdi Hüseynzadə adına stadionda baş tutan görüş bitdikdən sonra meydana kənar şəxslərin daxil olduğuna görə “Gənclik şəhəri” təmsilçisi 800 manat cərimə ödəyəcək.