Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ardıcıl 3 qələbə qazanıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Sumqayıtlı şahmatçı “Aimchess Rapid”-də daha 4 oyun keçirib. Günün ilk görüşündə almaniyalı Vinsent Keymerə məğlub olan “Şah”, növbəti rəqibləri - hindistanlı Aditya Mittal, Rumıniya təmsilçisi Riçard Rapport və ispan Anton Quyixarro üzərində qələbə çalıb.
Bununla da o, 8 oyundan sonra 16 xal toplayıb və eyni xala malik norveçli Maqnus Karlseni qabaqlayaraq 2-ci pillədə qərarlaşıb.