Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Boks Federasiyasına istinadən xəbər verir.
Yarışda 58 komandanın 175 boksçusu mübarizə aparıb. 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Sumqayıtlı idmançılar da buradan əliboş dönməyiblər.
Birinciliyin son günündə oğlanlardan Nadir Məlikov (60 kq) və İsmayıl İsmayılov (86 kq) qızıl, İsrail Namazov (71 kq) ilə Renat Zalov (92 kq) isə bürünc medallar qazanıblar. Həmçinin yeniyetmə qızlar arasında Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) birinci, Nazənin İsmayılova (60 kq) isə ikinci yeri tutublar.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətində ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.