Şahmat üzrə Azərbaycan çempionatı davam edir.
İdman.biz-in məlumatına görə, 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov Fərid Abbasovdan, Zeynəb Məmmədyarova Ayan Allahverdiyevadan, Gövhər Beydullayeva isə Səbinə Rzalıdan üstün olub.
Məmmədyarovlar ailəsinin daha bir üzvü Türkan isə Nərmin Kazımovaya məğlub olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri bu gün keçiriləcək. Qarşılaşmalar saat 15:00-da başlayacaq.
Foto İdman.biz
Foto İdman.biz
Foto İdman.biz