Sumqayıtlı boksçu Kamil Babayev Azərbaycan millisinin tərkibində Avropa birinciliyində çıxış edəcək. Bu haqda bu gün, 8 aprel tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, birincilik 13 aprel tarixində Bolqarıstanın paytaxtı Sofiyada başlayacaq. Gənc boksçular arasında baş tutacaq yarış 10 gün davam edəcək. Yığmamız Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək.