top
Böyük şəhərin tək komandasının baş məşqçisi: “Təzyiqlər hər zaman var” - ÖZƏL MÜSAHİBƏ
03 noyabr 2024, 07:00
- +

Böyük şəhərin tək komandasının baş məşqçisi: “Təzyiqlər hər zaman var” - ÖZƏL MÜSAHİBƏ

Şəhərimizin yeganə futbol klubu olan “Sumqayıt” 2010-cu ildə yaranıb. Bu müddət ərzində klubun baş məşqçisi vəzifəsini bir neçə yerli və xarici mütəxəssis icra edib. Oktyabr ayından isə klubun sükanı Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadova həvalə olunub.

Sumqayit24.az-ın əməkdaşı Vaqif Cavadovla "Sumqayıt”dakı son durumdan, qarşıdakı məqsədlərindən və digər məsələlərdən danışıb.

Müsahibəni təqdim edirik:

Komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və qüvvətləndirmə planları varmı?

Hazırda futbolçuların fiziki durumunu və oyun səviyyəsini yaxşılaşdırmaq istiqamətində çalışırıq. Məqsədimiz yaxşı nəticə əldə etməkdir.

Bu mövsüm üçün qarşınıza hansı məqsədləri qoyursunuz?

Qarşımızda məqsədimiz hər oyunda müsbət nəticə əldə etməkdir. Bu yöndə pillə-pillə irəliləməyə səy göstəririk.

Sizcə, klubun ən güclü tərəfləri hansılardır və onları daha da inkişaf etdirmək olarmı?

Klubda futbolçular və məşqçilərin inkişafı üçün gözəl şərait yaradılıb. Bu imkanlardan düzgün istifadə edərək hər oyuna maksimum səviyyədə hazır olmalıyıq.

Komandanıza hansı oyun tərzini aşılamaq istəyirsiniz?

Komanda son iki oyunda hücum futbolu nümayiş etdirdi. Hər rəqibə qarşı bunu tətbiq etmək çətindir, amma öz oyunumuza və strategiyamıza bu yöndə fokuslanmağa çalışırıq.

Keçmiş futbolçu təcrübəniz məşqçilik üslubunuza və taktikanıza necə təsir edir?

Futbolçu kimi hücuma yönəlmiş oyunçu olmuşam və komandamı bu istiqamətdə hazırlamaq istəyirəm, amma müdafiənin də əhəmiyyəti çoxdur. Meydançadakı hər bir futbolçu vacibdir. Sadəcə oyunçularımız verilən tapşırıqları icra etməlidirlər.

Gənc futbolçularla işləməyə necə yanaşırsınız? Onları əsas heyətə cəlb etməyi düşünürsünüzmü?

Gənc futbolçulara şans vermək vacibdir və bunu gələcəkdə də görəcəyik. Hazırda birinci komandada gənc futbolçularımız var. Onlar dərk etməlidirlər ki, akademiyada hər futbolçunun birinci komandaya yolu açıqdır. Onlardan çox şey asılıdır. Bunun üçün əzmkarlıq və təcrübə göstərilməlidir.

Komanda ruhu və oyunçular arasında qarşılıqlı əlaqə üzərində necə işləyəcəksiniz?

Komanda 7-ci pillədə idi. Onları psixoloji cəhətdən hazırlamaq məşqçinin əsas işidir. İnanıram ki, bu problemi yavaş-yavaş aradan qaldıracağıq. Qələbələrimiz artdıqca, bu çətinliklər də azalacaq. Futbolçular özlərinə inanmalı və məşqdə, oyunda var gücləri ilə çalışmalıdırlar ki, heç bir problem yaşanmasın.

Oyunu təhlil etmək və matçlara hazırlaşmaq üçün hansı üsullardan istifadə edirsiniz?

Oyunları təhlil etmək üçün müasir texnologiya və proqramlardan istifadə edirik. Komandaya ən yaxşı şəkildə bunu izah edirik. Əlbəttə ki, izahdan çox şey asılı olsa da, meydanda onlardır və futbolçular necə oyuna hazır olacaqlarsa, oyun da elə alınacaq.

İşin başlanğıcında həmişə mövcud olan təzyiq və gözləntilərin öhdəsindən necə gəlirsiniz?

Təzyiqlər hər zaman var. Bu normaldır. Ən əsası odur ki, öz işinə, öz planına sadiq qalasan. Təzyiq olan yerdə, düzgün rəqabət olan yerdə inkişaf da olacaq.

Azarkeş dəstəyi sizin üçün nə dərəcədə vacibdir və klubun azarkeşlərinə bir mesajınız varmı?

Azarkeşlərin və medianın dəstəyi hər futbolçuya və komandaya çox vacibdir. Onların tribunada olması futbolçuları ruhlandırır. Azarkeş sayı artdıqca, futbolçular oyuna daha ciddi hazırlaşacaqlar. Dəstəkləri həmişə bizim üçün önəmlidir. İstəyirəm ki, hər zaman komandamızın yanında olsunlar. Azarkeşlərə demək istəyirəm ki, hər şey yaxşı olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Bu gün, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Bu gün, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Bu gün, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Bu gün, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Bu gün, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Bu gün, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Bu gün, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Bu gün, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Bu gün, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Oxşar xəbərlər