“Sumqayıt” heyətini genişləndirib. Sumqayıt24 bu barədə 16 avqust tarixində xəbər verir.
Klub braziliyalı müdafiəçi Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu 5 nömrəli formada mübarizə aparacaq.
Qeyd edək ki, “Sumqayıt” yay transfer pəncərəsində Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelini də transfer edib.