"Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "Qarabağ-2"ni məğlub ediblər. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
Matç I Divizionun 27-ci turu çərçivəsində keçirilib. Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt-2" rəqibini minimal hesabla udub. Yeganə qolu 13-cü dəqiqədə Rüfət Abdullazadə vurub.