Sumqayıt cüdoçuları Avropa kubokunda müvəffəqiyyətlə çıxış ediblər. Bu haqda Sumqayıt24 14 mart tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Yarış Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilib. Cüdo üzrə milli yığma komandanın üzvləri olan idmançılarımızdan Süleyman Şükürov (73 kq) turnirin qızıl, Həsən Həsənli (50 kq) isə bürünc medalına sahib olublar.
Cüdoçularımızın məşqçiləri Respublikanın Əməkdar məşqçiləri Fərid Ağakişiyev və Ceyhun Əliyevdir.