Azərbaycan cüdoçuları Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Sumqayit24.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və qadınlar arasında 3-cü, kişilər arasında 4-cü yeri tutub.
Yarışda Azərbaycan 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunub.
Qeyd edək ki, cüdoçularımız 17 noyabrda çempionatın komanda yarışlarında iştirak edəcəklər.