Cüdo üzrə Azərbaycan çempionatında ilk günün nəticələri bəlli olub. Sumqayıt24 bu barədə 3 dekabr tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
İlk yarış gününün nəticələrinə əsasən, Sumqayıt idmançıları Ömər Rəcəbli (81 kq) 2-ci, Rövşən Əliyev (60 kq) isə 3-cü yeri tutublar.
Bakı İdman Sarayında keçirilən yarışa dekabrın 4-ü yekun vurulacaq.