Sumqayıt idmançıları Böyük Dəbilqə turnirində iştirak edəcəklər. Sumqayıt24 bu barədə 26 oktyabr tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
Cüdo idman növü üzrə keçiriləcək turnir 4-6 noyabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq. Kişilərin mübarizəsində idmançılarımız Rövşən Əliyev (60 kq), İsmayıl İbrahimov (66 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar. Qadınlarda isə Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, ümumilikdə yığmamız turnirdə 37 cüdoçu ilə təmsil olunacaq.