Sumqayıt idmançısı beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 30 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib. Turnirdə iştirak edən idmançımız Süleyman Şükürov (81 kq) gümüş medala sahib olub.
Cüdoçunun məşqçisi Azərbaycanın Əməkdar məşqçisi Fərid Ağakişiyevdir.