“Dinamo Minsk” futbol klubunun avrokubok oyunlarının Sumqayıtda keçiriləcəyi ilə bağlı danışıqlar aparılır”.
Bu barədə Sumqayıt24-də açıqlamasında “Sumqayıt” futbol klubunun mətbuat katibi Zaur Xudiyev bildirib. O hazırda üçtərəfli müzakirələrin aparıldığını qeyd edib:
“Hazırda üçtərəfli danışıqlar aparılır. UEFA qrup oyunlarını burada keçirməyə icazə verərsə və klublar arasında müvafiq razılaşma əldə olunarsa, “Dinamo Minsk” qrup oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirə bilər. Əgər matçlar Sumqayıtda təşkil olunsa belə, qarşılaşmaya azarkeşlər buraxılmayacaqlar”.
Xatırladaq ki, müxtəlif xəbər portallarında Belarus təmsilçisinin ev oyunlarının Sumqayıt şəhər stadionunda baş tutacağı haqda məlumat paylaşılmışdı.