Şahmat üzrə Dünya çempionatında blits yarışlarına start verilib. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Kişilərin mübarizəsində 12 tur oynanılıb. Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Qrosmeysterimiz topladığı 8 xalla əlavə əmsallara görə, 16-cı sırada qərarlaşıb. Digər sumqayıtlı idmançı Vasif Durarbəyli isə hazırda 7 xalla 44-cü yerdədir.
Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan çempionat dekabrın 30-da başa çatacaq.