Şahmat üzrə millimiz dünya çempionatında mərhələ adlayıb. Bu barədə 23 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yarış İsraildə təşkil olunub. Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarovdan ibarət yığma B qrupunun sonuncu turunda İsraili məğlub edib - 2,5:1,5.
Nəticədə komandamız 7 xalla 1/4 finala yüksəlib. Növbəti rəqibimiz İspaniya kollektivi olacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.