“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun klubdan gedəcəyinə dair xəbərlər yayılıb.
Qafqazinfo.az xəbər verir ki, “Qarabağ” komandasının onunla artıq razılığa gəldiyi bildirilir.
Lakin klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təkzib edib:
“Skautlarımız həm ölkə daxilində, həm ölkə xaricində futbolçuları izləyir. Elvin Bədəlovla bağlı isə məsələ yoxdur. Nə klubu, nə də futbolçu ilə danışıq aparılıb”.